Ağstafa hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub

Ağstafa hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub Qanuninfo.az olaraq bu şərəfli insan - Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevdir.

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Məhərrəm Quliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Məhərrəm Quliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Məhərrəm Quliyevdən danışdılar yaxşı ki, Məhərrəm Quliyev Ağstafa rayonu İcra hakimiyyətinin başçısı təyin olunub… Məhərrəm Quliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Məhərrəm Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Məhərrəm Quliyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Məhərrəm Quliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Məhərrəm Quliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Məhərrəm Quliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Məhərrəm Quliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Məhərrəm Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Məhərrəm Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağstafa rayonu İcra hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!


Ağstafa hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub

Çox saylı yazıları nəzərə alaraq qanuninfo.az-nun əməkdaşlarından birini göndərdik Ağstafa rayon İcra Hakimiyyətinə. Əməkdaşımız iş vaxtı orda oldu və ordakı işlərlə bağlı araşdırma apardı.

Ağstafa hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub

Ağstafa rayon İcra Hakimiyyətində işləyən bir neçə işçiylə və rayon sakinləriylə də ünsiyyətdə olduq. Onlar Ağstafa rayonunda hər bir işin öz qaydasında olduğunu bildirdilər. Ağstafa rayonunda rayon sakinlərinə çox yaxşı münasibət göstərirlər və deyilənlərin yalan, böhtan oluqlarını qeyd etdilər. Və dedilər ki, kiminsə ağlında əlavə sual varsa gəlsinlər burdakı hər bir şəraiti, rayon sakinlərinə olan davranışları görsünlər sonra yazsınlar.

Bizimlə həmsöhbət olan ağstafalılar etiraf edirlər ki, hörmətli Məhərrəm Quliyev İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunduğu ilk gündən onlar dövlətin qayğılı münasibətini daha dərindən hiss edirlər. Çünki bu münasibəti vətəndaşlara ötürməklə vəzifələndirilmiş Məhərrəm Quliyev və onun rəhbərlik etdiyi rayon icra hakimiyyəti aparatı öz işlərinin öhdəsindən ləyaqətlə gəlirlər. Başqa bir özəllikdə ondadır ki, Məhərrəm Quliyev Ağstafa rayonunun və ağstafalıların potensialına yaxşı bələd olduğundan, tərəqqipərvər qüvvələri tez bir zamanda səfərbər edib onların güclərini rayonun daha da çiçəklənməsinə, iqtisadiyyatımızın inkişafı istiqamətinə yönəldə bilmişdir.


Ağstafa hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub

Ağstafa hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub. Tarixiliklə müasirliyin qovuşduğu bu Azərbaycan şəhəri bu gün özünün görünməmiş inkişaf illərini yaşayır. Bu isə hər şeydən öncə ölkə rəhbərliyinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün bölgələrə olduğu kimi, Ağstafa rayonuna da göstərdiyi diqqət və qayğının təzahürüdür. Rayon rəhbərliyinin, konkret olaraq isə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Ağcabədidə inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub

Ümumilikdə görülən bütün işlərin vaxtı-vaxtında həyata keçirilməsi prosesinə nəzarət etməklə vəzifələndirilmiş İcra başçısı Məhərrəm Quliyev və onun rəhbərlik etdiyi aparat əhalinin elektrik enerjisi, qaz, su ilə təhcizatı məsələlərini diqqət mərkəzində saxlayırlar. Daimi iş yerlərinin açılması, Dövlət Proqramının əsas istiqamətlərindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın inkişafına dəstək müstəvisində xeyli tədbirlər həyata keçirilmişdir. Şəhid ailələri, Qarabağ əlilləri rayon rəhbərliyinin qayğısı ilə əhatələnmişlər.


Ağstafa hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub

İnamla deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin yaxından qayğısı və köməkliyi sayəsində sosial quruculuq, adamların rahat yaşayışını və firavanlığını təmin etmək sahəsində həyata keçirilən islahatlar öz gözəl bəhrəsini bundan sonra da verəcək.


Ağstafa hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olubAğstafa hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olubAğstafa hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub


Ağstafada Novruz yarmarkasına start verildi

Ağstafa rayonunda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları keçirilmişdir.
Ağstafa rayon İcra hakimiyyətinin və “Ağstafa Aqroparkı”nın birgə təçkilatçılığı ilə təşkil edilən yarmarka bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsi və süni qiymət artımının qarşısının alınması, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq məqsədi daşıyır. 9, 10, 16-21 mart tarixlərində hər gün saat 09:00 dan - 15:00 dək əhalinin xidmətində olacaq yarmarkada məhsullar topdan satış qiymətindən 20 % , bazar qiymətlərindən isə 30 - 40 % ucuz qiymətə təklif olunacaq. Xatırladaq ki, əhalinin kənd təsərrüfatı məhsullarına artan tələbatı nəzərə alınaraq yarmarkalar bayram günlərində də fəaliyyət göstərəcəkdir.
Yarmarkada əhaliyə geniş çeşiddə meyvə, tərəvəz, ət məhsulları, yumurta, çərəz təklif olunurdu.

Ağstafa hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olubAğstafa hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olubAğstafa hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olubAğstafa hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olubAğstafa hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub

Oxşar xəbərlər