Azərbaycanın gündən-günə inkişaf edən və müasirləşən şimal qapısı - Xaçmaz

Azərbaycanın gündən-günə inkişaf edən və müasirləşən şimal qapısı - Xaçmaz Seçimi doğruldan arqumentasiya

Məlum olduğu kimi, şəhər və rayon icra hakimiyyətlərinin başçılarını təyin etmək dövlət başçısının sərəncamında olan məsələdir. Prezident İlham Əliyevin kadr siyasətinin təhlili göstərir ki, heç bir seçim arqumentsiz deyil, bütün siyasi kurs, aparılan islahatlar olduğu kimi, bu dəyişikliklər də elmi və praktik bazaya, ciddi arqumentlərə əsaslanır.
Bəs gəlin görək Şəmsəddin Xanbabayevin Xaçmaz rayonuna təyin olunması hansı səbəblərdən təsadüfi deyil və nəyə görə xaçmazlıları qane edir?

Birincisi, Şəmsəddin Xanbabayev Xaçmaz üçün yeni kadr deyil, o Xaçmaz rayonunu tanıyan, regionun və region əhalisinin problemləri ilə tanış olan şəxsdir. Bu səbəbdən də o, idarə və strukturlarının rəhbərlərini tanımaq üçün aylarla vaxt itirməyib. Bu, o deməkdir ki, yolun yarısı qət olunub – birbaşa həllini gözləyən məsələlərin üstünə getmək, xaçmazlıları narahat edən problemləri həll etmək daha az vaxt alacaq.

İkincisi, Şəmsəddin Xanbabayev işləyən, qurub-yaradan kadr kimi tanınır. Bu mənada onun digər vəzifələrdə gördüyü işləri, xatirlatmaq bəs edər.

Üçüncüsü, Başçı yerli əhalinin tanıdığı və hörmət etdiyi adamdır. Şəmsəddin Xanbabayev ötən illərdə bu əhalinin simpatiyasını qazana bilib. Bu isə başçıya yerli əhali ilə iki ampuluada dialoq qurmağa imkan verəcək: icra başçısı və “yaxşı insan” olan Şəmsəddin Xanbabayev. Belə fonda işləmək, yerli problemləri həll etmək, regionun potensialını realizə etmək, beləliklə də dövlət başçısının təyinat zamanı qarşıya qoyduğu problemləri daha çevik həll etmək mümkündür.
Görünür, kadr seçimində bütün bu detallar dəyərləndirilib.

•Naxçıvanlıdır amma Xaçmaz rayonunu yaxşı tanıyır, problemləri yaxşı bilir, əhaliyə daha çox can yandırır

•Yerli əhalinin xarakterik xüsusiyyətlərini bilir, dil tapmaq daha rahat olub Şəmsəddin müəllim üçün.

Bütün bunların hamısını Şəmsəddin Xanbabayevdə görən cənab Prezident İlham Əliyev sərəncam imzalayaraq Xaçmaz rayonuna rəhbər təyin etdi.

Xülasə, ölkə başçısının tapşırıqlarına dərhal əməl edən və bu zaman nöqsana yol verməyən, üzərinə düşən işin məsuliyyətini dərk edən Şəmsəddin Xanbabayevin gərgin əməyi nəticəsində bu gün Xaçmaz rayonu sürətli inkişaf baxımından digər rayonlardan heç də geri qalmır. Son illər ərzində rayonda həm pambıqçılıq, həm təhsil, həm səhiyyə, həm iqtisadiyyat, həm də digər sahələr üzrə ciddi nailiyyətlərə imzanın atılması bunun bariz sübutudur. Bütün bunlar həmçinin, onu göstərir ki, inamla gələcəyə, tərəqqiyə doğru irəliləyən Xaçmaz rayonu regionun mərkəzinə çevrilməkdədir.

Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayevin adı, Xaçmaz ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah halının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayan hədd yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin miras qoydugu və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Müstəqilliyimizin 27 ili ərzində respublikamızın hər yerində olduğu kimi, ölkəmizin şimal qapısı sayılan Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş verib. Azərbaycanın bölgələrinin, o cümlədən Xaçmaz rayonunun tərəqqiyə qovuşmasının əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bölgələrdə həyat səviyyəsinin daha da yaxşılaşmasında mühüm rol oynayıb.

Bizdə hörmətli Şəmsəddin Xanbabayeva dövlətimizə,xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.



Azərbaycanın gündən-günə inkişaf edən və müasirləşən şimal qapısı - Xaçmaz

Azərbaycanın gündən-günə inkişaf edən və müasirləşən şimal qapısı - Xaçmaz

Azərbaycanın gündən-günə inkişaf edən və müasirləşən şimal qapısı - Xaçmaz

Azərbaycanın gündən-günə inkişaf edən və müasirləşən şimal qapısı - Xaçmaz

Azərbaycanın gündən-günə inkişaf edən və müasirləşən şimal qapısı - Xaçmaz

Oxşar xəbərlər