Afrindən qara xəbər — 2 şəhid, 11 yaralı

Afrindən qara xəbər — 2 şəhid, 11 yaralı Suriyanın Afrin şəhərində türk ordusunun “Zeytin Dalı” əməliyyatı davam edir.
“Ölkə.Az” xəbər verir ki, əməliyyatla bağlı acı xəbər gəlib. Bildirilir ki, türk ordusu 2 şəhid verib. 11 əskər isə yaralanıb.

Beləcə, Afrin əməliyyatı başlayan gündən türk ordusu artıq 4 şəhid verib.
Bu gün Türkiyə Silahlı Qüvvələrinin hav hücumu nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarına məxsus sığınacaq, mağara, silah-sursat anbarı və silahlı mövqe kimi istifadə edilən 42 hədəf məhv edilib. Hərəkatda iştirak edən 22 qırıcı geri qayıdıb.

Oxşar xəbərlər