
AZTB.info xəbər verir ki, hərəkatın ikinci günündə quru qoşunları da əməliyyata qoşulub.
"Azad Suriya Ordusu" və türk əsgərləri Afrinin içərilərinə doğru irəliləyir. Hava bombardmanı və sərhəd xəttindəki birləşmələrin top atəşi də davam edib.
Türkiyə Afrində PYD və YPG əleyhinə keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı terrorçuların 153 obyektini məhv edib.