FHN itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı məlumat yayıb - FOTO

FHN itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı məlumat yayıb - FOTO Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam edib.

FHN-dən verilən məlumata görə, axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır.

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.

Əlavə məlumat veriləcək.
FHN itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı məlumat yayıb - FOTO
FHN itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı məlumat yayıb - FOTO

Oxşar xəbərlər