Putin prezident seçkisindən danışdı

Putin prezident seçkisindən danışdı Rusiya prezidenti Vladimir Putin növbəti prezident seçkisində namizədliyi ilə bağlı suala cavab verib.

Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Putin Buryatiya və İrkutskda meşə yanğınlarının fəsadlarının aradan qaldırılmasına dair müşavirə zamanı videoyayıma qoşulan ölkə sakinlərindən birinin bununla bağlı xahişinə cavab olaraq bildirib.

Sakinin "Xahiş edirik, yenə prezident seçkilərinə qatılın" xahişinə V.Putin belə cavab verib:

"Yaxşı, fikirləşərəm bu barədə".

Oxşar xəbərlər