İlham Əliyevin qatıldığı Dünya Humanitar Sammiti başlayır

İlham Əliyevin qatıldığı Dünya Humanitar Sammiti başlayır Türkiyənin İstanbul şəhərində Ümumdünya Humanitar Sammiti keçirilir

Sammit Bakı vaxtı ilə saat 9:00-da işə başlayıb.

Beynəlxalq tədbir BMT-ın baş katibi Pan Gi Munun təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiyası İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Sammitdə dünyanın 177 ölkəsindən nümayəndələr, o cümlədən 65 dövlət və hökumət başçısı iştirak edir.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə açılış nitqi çıxış edəcəklər.

Sammitdə Almaniya kansleri Angela Merkel, Ukrayna prezidenti Pyotr Poroşenko, Küveyt əmiri Sabah al- Əhməd əl- Caber əs-Sabah, Niderlandrın baş naziri Mark Rutte, Livanın baş naziri Tammam Salam, habelə Bolqarıstanın baş naziri, Səudiyyə Ərəbistanının xarici işlər naziri, Nigeriyanın, Qırğızıstanın, Madaqaskarın, Makedoniyanın, Çernoqoriyanın, Rusiyanın, Yəmənin və digər ölkələrin liderləri, hökumət başçıları iştirak edirlər.

Ümumilikdə 5200 nəfər nümayəndənin iştirak etdiyi sammitdə “Təhsil gözləmir” Fondunun yaradılması rəsmən elan olunacaq.

Sammitdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edəcək.

Dövlət başçısı və xanımı artıq Türkiyədədir.

Oxşar xəbərlər