“Report” İnformasiya Agentliyi 3 yaşını qeyd edir

“Report” İnformasiya Agentliyi 3 yaşını qeyd edir Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 3 il ötür.
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İA ötən üç il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

“Report”un Türkiyə, Rusiya, Gürcüstan, Qərbi və Şərqi Avropa üzrə müxbir postları, habelə Azərbaycan üzrə Qarabağ, Cənub, Aran, Şirvan, Qərb, Şimal, Şimal-Qərb büroları fəaliyyət göstərir.
“Report” İA-nın əsas veb-resursu olan www.report.az saytı ötən dövr ərzində özünü digər mətbuat orqanları üçün etibarlı xəbər mənbəyi kimi təsdiqləyib. Agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən yüzlərlə informasiya resursu, o cümlədən televiziya, radio, qəzet və xəbər saytları yayımlayır. Saytın rus və ingilis dillərində olan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər nüfuzlu beynəlxalq KİV-lərin də diqqət mərkəzində olub.

"Ölkə.Az" kollektivi həmkarlarımızı təbrik edir, onlara yaradıcılıq uğurları arzulayır.

Oxşar xəbərlər