2 saata bu qədər adam səs verdi - MSK

2 saata bu qədər adam səs verdi - MSK Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən ümumxalq səsverməsində (referendum) saat 10:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.

“Report”un xəbərinə görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan - saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 267 min 111 seçicidən 680 438 nəfəri (12,9%) səsvermədə iştirak edib. //apa

Oxşar xəbərlər