Azərbaycan və Rusiya sərhəddə birgə əməliyyatlara başladı

Azərbaycan və Rusiya sərhəddə birgə əməliyyatlara başladı Bu gün səhər saatlarından Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin əməkdaşları iki ölkə sərhədində yerləşən rayonlarda birgə ənənəvi sərhəd-sipər əməliyyatlarına start verib.

“Report”un Şimal bürosu xəbər verir ki, bu məqsədlə Qusar və Xaçmaz rayonları ərazisində xüsusi polis postları qurulub.

Tədbir noyabrın 27-dək davam edəcək.

Əməliyyatın keçirilməsində əsas məqsəd transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.

Oxşar xəbərlər