
Dünyanın ən məşhur sosial şəbəkəsinin istifadəçiləri daim yenilənən https://www.facebook.com/1871765836419509/ səhifəyə qoşulmaqla mütəmadi olaraq AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə ən son məlumatları ilə asanlıqla tanış ola bilərlər.
Səhifədə, həmçinin Azərbaycanın milli maraqlarına xidmət edən, ölkəmizdə gedən proseslər barədə məlumatlar, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər yer alacaq.
Bundan əlavə, sosial şəbəkə istifadəçiləri qeyd olunan səhifə vasitəsilə vaxtaşırı AZƏRTAC-ın yaydığı xəbərlərlə bağlı suallar verməklə interaktiv ünsiyyət imkanı qazanacaqlar.
Oxucularla daim ünsiyyət və əməkdaşlıq qurmağa çalışan AZƏRTAC bu səhifə vasitəsilə onlara öz fikirlərini çatdırmaq üçün növbəti gözəl şans yaradıb.