Azərbaycan əleyhinə səs verən Dəniz Baykalın səhhəti pisləşdi — Təcili xəstəxanaya aparıldı

Azərbaycan əleyhinə səs verən Dəniz Baykalın səhhəti pisləşdi — Təcili xəstəxanaya aparıldı Azərbaycan əleyhinə səs verən Dəniz Baykal reanimasiyaya yerləşdirilib.

"Ölkə.Az" xəbər verir ki, Türkiyənin "CHP" partiyasının sabiq sədri və Antalya üzrə millət vəkili Dəniz Baykal xəstəxanaya yerləşdirilib. Baykal yüksək hərarət şikayəti ilə reanimasiyaya yerləşdirilib.

79 yaşlı siyasətçi Ankaradakı evində özünü pis hiss edib. Xəstəxanada ilkin müdaxilədən sonra Baykalın nəfəs yollarında infeksiya müşahidə edilib.
Sonra isə reanimasiya şöbəsində müalicə başlayıb. Bildirilir ki, siyasətçinin vəziyyəti yaxşıya doğru gedir.

Xəbəri eşidən bir çox partiyalı xəstəxanaya axın edib.

Oxşar xəbərlər