Deputatın xanımı tapança ilə özünü vurdu - Türkiyədə

Deputatın xanımı tapança ilə özünü vurdu - Türkiyədə Türkiyədə keçmiş futbolçu və MHP-li deputat Saffet Sancaklının xanımı Hülya tapança ilə özünü vurub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hülya Sancaklı ağır yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Deputat hadisə ilə bağlı xəbəri Türkiyə Böyük Millət Məclisində olarkən alıb. İstanbula getməyə təyyarə tapmayan Saffetə Baş nazir Binəli Yıldırım öz təyyarəsini ayırıb.

19 ildir ailəli olan cütlüyün iki uşağı var.

Oxşar xəbərlər