İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov: "Bu gün İmişli məktəbləri müasir texniki-təchizat məsələrini tam həll edib"

İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov: İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda qöz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdır.

Ramiz Əmirov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Ramiz Əmirovu heç vaxt əqidəsindən döndərə bilməz.

Son illər təhsil sahəsində aparılmış uğurlu islahatlar bu sahədə priotetliyi daha inamlı şəkildə artırıb. Yeni-yeniləşən məktəblər layihəsi və s. kimi müsbət-sivil halların dinamik vəziyyətə həlledici təsiri Azərbaycan təhsilində sanbalı bir qədər də artırır. İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirovla söhbət zamanı da məxsusi olaraq təhsil və cəmiyyət reallığına diqqət çəkmişik.

İmişli rayonu son dövrlәrdә təhsilin inkişafa görә bir çox dövlәt proqramı layihәlәri hәyatakeçirilmәkdәdir. Hәyata keçirilәn dövlәt proqramları artıq bir neçәnci mәrhәlәdәdir. Ramiz Əmirov İmişli Rayon Təhsil Şöbəsinin müdiri vәzifәsinә tәyin olunduqdan sonra rayon təhsilində köklü islahatlara rәsmәn start verilib.

Ramiz müәllim tәcrübәli vәzifә sahibi olmaqla bәrabәr, eyni zamanda insanların ehtiyaclarının nәdәn yarandığını vә bu qayğıların necә hәll olunması yollarını mükәmmәl bilәn bir şәxsdir. Rәhbәr işçiyә dә mәhz belә bir keyfiyyәtlәrә malik olmaq lazımdır ki, taleyinә cavabdeh
olduğu әhalinin hörmәtini, rәğbәtini vә etibarını qazana bilsin. Bu da bir hәqiqәtdir ki, Ramiz Əmirov İmişlinin təhsil şöbəsinin müdüri tәyin olunandan az sonra, rayonun təhsilində әhәmiyyәtli dәrәcәdә canlanma baş verdi.

Oxşar xəbərlər