Alman jurnalında “İnvestorlar və turistlər Türkiyəyə gəlməsin çağrışı edən Klıcdaroğluna Ərdoğandan sərt cavab: “Çörəyini yediyi, suyunu içdiyi, maaş aldığı vətəninə xəyanət edən zata…”

Alman jurnalında “İnvestorlar və turistlər Türkiyəyə gəlməsin çağrışı edən Klıcdaroğluna Ərdoğandan sərt cavab: “Çörəyini yediyi, suyunu içdiyi, maaş aldığı vətəninə xəyanət edən zata…” “Ana müxalifət partiyasının başındakı şəxs, alman jurnalına müsahibə verir. Normal şərtlərdə bir siyasətçi, belə bir imkanı ölkəsinin faydasına istifadə edir

Bizim ana müxalifət partiyasının başındakı şəxs isə Türkiyədən alman medisına şikayət edir.”

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Kamal Klıcdaroğlunun Almaniyanın “Focus” jurnalına verdiyi müsahibədə dediyi “Türkiyəyə gəlməyin, bu ölkədə can və mal güvənliyi yoxdur” sözlərinə münasibət bildirərkən deyib.

Ərdoğan Klıcdaroğlunun açıqlamalarının təssüf doğurduğunu bildirib.

“Alman jurnalındakı müsahibəsində “alman investorlar da, turistlər də Türkiyəyə gəlməsin” deyə bağırır.

Deyir ki, Türkiyədə kimsənin can və mal təhlükəsizliyi yox imiş. Əvvəl sözlərini inkar etməyə çalışdı, sonra “mən bunları hər yerdə deyirəm” deyib işin içindən çıxmağa çalışdı. Təəssüflər olsun. Çörəyini yediyi, suyunu içdiyi, maaş aldığı dövlətə və ölkəsinə belə bir xəyanəti edə bilən zata nə desək boşdur. Ankaradan İstanbula getdi, elə deyilmi? Sözdə ədalət yürüşü keçirirdi.Bəs, o yürüşün 29 gün ərzində təhlükəsizliyini kim təmin etdi? Bu hökumət təmin etdi. Bunların dərdi ölkəni qarışdırmaqdır.

İçəridəki şəxslə (həbsdə olan CHP-li deputat Bərbəroğlu nəzərdə tutulur:avropa.info) bağlı istintaqın ona qədər uzanacağından qorxur. İçəridəki zatla Kılıçdaroğlunun əlaqəsi çıxsa təəccüblənməyin. “Buradan çıxdım, çıxdım, çıxmasam açıqlamalar verəcəm” deyir içəridəki zat” – Türkiyə prezidenti belə deyib. (Avropa.info)

Oxşar xəbərlər