Süleyman Mikayılovun rəhbərliyi ilə günü–gündən dəyişir, daha da gözəlləşir, müasirləşir, insanların həyat səviyyəsi yüksəlir

Süleyman Mikayılovun rəhbərliyi ilə günü–gündən dəyişir, daha da gözəlləşir, müasirləşir, insanların həyat səviyyəsi yüksəlir
"Qaradağ rayonu inkişaf edir, abadlaşır, yeni müəssisələr yaradılır.
Qaradağ rayonu əslində ölkə miqyasında böyük sənaye mərkəzinə çevrilməlidir".

İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib


Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Son illər çox sürətlə tərəqqi edən Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun rəhbərliyi ilə günü–gündən dəyişir, daha da gözəlləşir, müasirləşir, insanların həyat səviyyəsi yüksəlir


Ölkəmizdə sosial-iqtisadi inkişafın yeni mərhələsi uğurla davam edir. Regionlarda, eləcə də Bakıətrafı qəsəbələrdə ayrı-ayrı sahələr üzrə konkret proqramlar hazırlanır, mikroiqtisadi sabitliyi qorumaq üçün məqsədyönlü tədbirlər görülür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bakının qəsəbə və kəndlərində keçirdiyi son görüşlər bir daha sübut edir ki, xalq etimadı misilsiz kapital, böyük qüvvədir. Yalnız ona arxalanmaqla böyük uğurlar, yeni qələbələr qazanmaq olar. Belə görüşlərdə dövlət başçısının adamları səbrlə, təmkinlə dinləməsi, xalqdan gələn ideyaları reallaşdırmaq cəhdi diqqətdən yayınmır. Təbii ki, belə olanda hər kəs öz sözünü, təklifini səmimiyyətlə dilinə gətirməkdən çəkinmir və tam inanır ki, güvəncində və etimadında yanılmayıb.

Qazanılan möhtəşəm nailiyyətlərdə Azərbaycanın ən iri sənaye mərkəzlərindən biri olan, ölkənin neft–qaz və qeyri–neft sektorunun inkişafında mühüm rol oynayan Qaradağ rayonu sanballı paya malikdir. Ərazicə Abşeron yarımadasının böyük bir hissəsində yerləşən, istər sosial–iqtisadi, istərsə də mədəni inkişaf baxımından son illər çox sürətlə tərəqqi edən Qaradağ Rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun rəhbərliyi ilə günü–gündən dəyişir, daha da gözəlləşir, müasirləşir, insanların həyat səviyyəsi yüksəlir.
Qaradağ rayonu Azərbaycanın ən iri neft–qaz sənaye müəssisələrinin yerləşdiyi məkanlardandır. Ulu öndərimiz Heydər Əliyevin neft strategiyasının reallaşmasında Bakının Qaradağ rayonunun da müstəsna rolu var. Hələ ötən əsrin 80–ci illərində məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində Qaradağ rayonunda regionda analoqu olmayan və bu gün haqlı olaraq ulu öndərimizin adını daşıyan Dərin Dəniz Özülləri zavodunun istismara verilməsi, digər neft sənayesi müəssisələrinin inşası bu gün milli neft strategiyasını uğurla reallaşdırmağa imkan verir. Rayonun sosial–iqtisadi inkişafında ulu öndərimizin ən layiqli siyasi varisi və davamçısı, Azərbaycanın və regionumuzun yeni parlaq lideri, Prezident İlham Əliyevin də müstəsna xidmətləri var. Cənab İlham Əliyev hələ Qaradağ rayonunda millət vəkili kimi fəaliyyəti dövründə çox böyük işlər görüb və rayon sakinlərinin hədsiz məhəbbətini qazanıb. Onun möhtəşəm fəaliyyəti, xeyirxahlığı bu gün də sakinlər tərəfindən razılıqla xatırlanır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hər bir güşəsində olduğu kimi, Qaradağ rayonunda da böyük quruculuq və abadlıq işləri geniş vüsət alıb.

Dövlətimizin başçısının Qaradağ rayonuna böyük önəm verməsi həm onun bu rayonla, onun sakinləri ilə hələ ötən əsrin 90–cı illərinin ortalarında sıx təmasda olması, rayonun daxili imkanları, təlabatı və problemləri ilə şəxsən tanışlığı və gələcəkdə Qaradağın Azərbaycanın inkişafındakı yerini düzgün müəyyənləşdirməsi, bir sözlə bu yerlərə döğma münasibəti ilə bağlıdır. Onu da xüsusi vurğulayaq ki, hələ 90–cı illərin ortalarında cənab İlham Əliyevin təşəbbüsü və köməyi ilə ilk dəfə məhz “Qaradağın sosial–iqtisadi inkişafı” proqramı qəbul edilib və uğurla icra olunub. “Holcim–Azərbaycan” ASC–nin yeni sement zavodunun açılışındakı çıxışında dövlətimizin başçısı həm Qaradağın, həm də bu zavodun ölkəmiz üçün çox böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Zavodun Qaradağ rayonunun ərazisində yerləşməsi, əlbəttə ki, təbii səbəblər əsasında mümkün olubdur. Çünki burada, yaxında zavodun məhsul istehsalı üçün lazım olan xammal yataqları vardır. Sovet dövründə bu zavod burada tikilmişdir. Əlbəttə, Qaradağ rayonunun gələcək sənaye inkişafı ilə bağlı bizim konkret fikirlərimiz vardır. Mən dəfələrlə demişəm ki, Azərbaycanın yeni sənaye mərkəzlərindən biri də Qaradağ rayonu olmalıdır. Qaradağ rayonu inkişaf edir. Burada həm güclü sənaye potensialı yaradılır, eyni zamanda, turizm obyektlərinin yaradılması, tikintisi məsələləri də gündəlikdədir”.

Qaradağ rayonunun hazırda Azərbaycanın ən dinamik və sürətlə inkişaf edən rayonunlarından olduğunu desək, heç də səhv etmərik. Burada aparılan abadlıq–quruculuq işlərinin vüsəti, istifadəyə verilən və inşasına başlanılan sosiai–sənaye obyektlərinin miqyası o qədər böyükdür ki, bunların hamısını bir yazıda qeyd etmək mümkünsüzdür. Əminik ki, yaxın illərdə bu proses daha da güclənəcək və Qaradağ ölkəmizin ən aparıcı, ən inkişaf etmiş müasir diyarına çevriləcəkdir.


************************************

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev görülən işlər barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, mərkəzin inşasına 2017-ci ilin aprelində başlanılıb. Tarixi İpək yolunun üzərində yerləşən Abşeron Logistika Mərkəzinin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Bu mərkəz vasitəsilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı planlaşdırılır. Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir.

Müəssisə ilk mərhələdə 28 hektar ərazidə dəmir yolu və avtomobil yollarının qarşılıqlı əlaqəsini təmin edərək logistika xidməti göstərməyə başlayacaq. İkinci mərhələdə isə 35 hektar ərazi üçün layihə hazırlanıb. Bu mərhələnin yekunlaşmasından sonra Logistika Mərkəz həm Azərbaycanın, həm də Qafqazın coğrafı logistik inkişafına, həmçinin ölkəmizin iqtisadi tərəqqisinə böyük töhfə verəcək.

Mərkəz vahid gömrük məntəqəsi kimi qəbul olunub. İdxal, ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.

Logistik xidmət tərəfdaşlarının əməkdaşlığı məhsuldarlığı və səmərəliliyi daha da artıracaq. Mərkəzin yaradılmasında əsas məqsəd ən müasir üsullarla müştərilərin istəklərini təmin etməkdir. Bunun üçün bütün xidmətlər “vahid pəncərə” sistemi ilə bir nöqtədən təmin olunur. Müəssisədə ümumilikdə 350 nəfər işlə təmin edilib

Abşeron Logistika Mərkəzində 2400 konteyner tutumu olan terminal, tutumu 21 min ton olan iriölçülü yük terminalı, 8100 kvadratmetrlik qapalı anbar sahəsi, açıq yük platforması və ən müasir texnikalar xidmət göstərəcək. Mərkəzdə yük maşınları üçün 200 yerlik park yaradılıb, dəmir yolu körpüsü və avtomobil yolları inşa edilib. Burada üçmərtəbəli gömrük, inzibati və müştəri xidmətləri binası, həmçinin giriş-çıxışa nəzarət, texniki, ictimai obyekt binaları inşa edilib.
Mərkəzdə 6-sı qatar qəbulu, 2-si konteyner, 2-si açıq yük və 2-si anbar sahələrinə boşaltma və yükləmə xətləri olmaqla, ümumilikdə 12 kilometr uzunluğunda dəmir yolu xətti var. Müəssisədə illik yükaşırma qabiliyyəti 3,5 milyon ton olan terminal vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınması da icra olunacaq.

Abşeron Logistika Mərkəzinin əsrlər boyu mədəniyyətləri və qitələri birləşdirən tarixi İpək yolunun mərkəzində yerləşən paytaxtımızın Lökbatan qəsəbəsi ərazisində inşa edilməsi xüsusilə əhəmiyyətlidir. Mərkəzin ərazisi ticarət, logistika və sənaye zonalarının kəsişməsində və nəqliyyat şəbəkələrinin mərkəzində yerləşir. Bu müəssisənin “Meyvəli” MMC-yə, Bakı Baş Gömrük İdarəsinə, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, “Sədərək” və “Binə” ticarət mərkəzlərinə, həmçinin digər biznes strukturlarına yaxınlıqda yaradılması onun iqtisadi əhəmiyyətini daha da artırır. Təxmini hesablamalara görə, gün ərzində 750-800 yük maşını şəhər mərkəzində yerləşən stansiyalardan boşalan yükləri şəhərdaxili anbar və tikinti materialları bazarlarına daşıyır. Bu yüklərin şəhərdəki məntəqələrə, inşaat materialları mağazalarına və bazalarına çatdırılması paytaxtda nəqliyyatın hərəkətində sıxlıq və digər problemlər yaradır. Logistika Mərkəzinin yaradılması bu problemi həll etməklə yanaşı, həm də Bakının ekoloji durumunu daha da sağlamlaşdıracaq. Belə ki, Bakıətrafı dəmir yolu stansiyalarından Abşeron Logistika Mərkəzinə yönəldiləcək yüklərin həcminin 0,8 milyon ton olacağı ehtimal edilir. Beləliklə də Bakıya gələn 2 milyon ton yük şəhərdən kənarda yerləşən Abşeron Logistika Mərkəzinə yönəldiləcək. Bu da orta hesabla 125 min yük avtomobili deməkdir.

Bu mühüm infrastruktur obyektinin Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə əlaqəsi var. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu mərkəz vasitəsilə qonşu ölkələrlə idxal-ixrac əməliyyatlarını, eləcə də Azərbaycan ərazisindən multimodal yük daşımalarını daha çevik yerinə yetirməyə imkan yaranacaq.


Süleyman Mikayılovun rəhbərliyi ilə günü–gündən dəyişir, daha da gözəlləşir, müasirləşir, insanların həyat səviyyəsi yüksəlir
Süleyman Mikayılovun rəhbərliyi ilə günü–gündən dəyişir, daha da gözəlləşir, müasirləşir, insanların həyat səviyyəsi yüksəlir

Oxşar xəbərlər