
Əmək haqqı neft sektorunda 3 153,7 manat, qeyri-neft sektorunda 458,5 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 386,8 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 714 manat təşkil edib. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.