Soltan Camalovun gərgin əməyi nəticəsində Qax Rayon Suvarma Sistemləri İdarəsində aparılan məqsədyönlü işlər nəticəsində idarəsində obyektivlik və şəffaflıq bərqərar olub

Soltan Camalovun gərgin əməyi nəticəsində Qax Rayon Suvarma Sistemləri İdarəsində aparılan məqsədyönlü işlər nəticəsində idarəsində obyektivlik və şəffaflıq bərqərar olub İşğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatları Azərbaycanın su imkanlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, işğal olunmuş torpaqlarımızda 9 su anbarı, 7 sututarı, 6426 kilomert suvarma şəbəkəsi, 2 hidroqovşaq, 330 kilometr kollektor-drenaj şəbəkəsi, 8003 hidrotexniki qurğu, 88 nasos stansiyası, 1429 subartezian quyusu vardı. Ümumilikdə isə, 125 min 800 hektar suvarılan torpaq sahəsi işğal altında qalmışdı.

İşğaldan azad edilmiş ərazilərdə ASC-nin balansında olan meliorasiya və irriqasiya obyektlərinin inventarlaşdırılması, texniki vəziyyətinin qiymətləndirilməsi, onların bəpası və fəaliyyətinin təmin edilməsi üçün təkliflərin hazırlanması məqsədilə əmr imzalanıb və sədr müavini Rafiq Aslanovun rəhbərliyi ilə müvafiq komissiya yaradılıb. Həmçinin əmrə əsasən noyabrın 16-dan Qubadlı Suvarma Sistemləri İdarəsinin fəaliyyəti bərpa olunub.

Şanlı Ordumuzun azad etdiyi ərazilərimizdəki su təsərrüfatı və meliorasiya obyektlərinin sayının daha dəqiq müəyyən edilməsi üçün yaradılan komissiya tərəfindən aparılacaq araşdırma nəticəsində istifadəyə yararlı olan su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək. Qələbədən sonra həmin obyektlərin işə düşməsi su təminatı çətin olan ərazilərə suyun davamlı verilməsinə, əkin sahələrinin genişləndirilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranacaq. Bütün bunlar isə son nəticədə ölkədə bol məhsuldarlığın yaranmasına imkan verəcək.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovdur.

Son dövrlər Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov haqqında son dönəmlər mətbuatda gedən yazılar mahiyyət etibarı ilə böhtan və yalandan başqa bir şey deyil. Bunu təsdiq edən yüzlərlə fakt və dəlil ortaya qoymaq mümkündür. Çünki Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovun gərgin əməyi, cəhdləri və atdığı addımların sayəsində rayon camaatının məmnuniyyəti yerinə gəlib. İllərdən bəri yaranmış problemləri aradan qaldırmaq heç də asan məsələ deyil. Amma Soltan müəllim onları qısa müddətdə yoluna qoyaraq, hər şeyi qaydasına salmağı bacaran İdarə rəisidir.

Bir balaca ağıl sahibi olan adam bu qədər dayaz düşüncə məhsulunu ortaya qoymaz.

Bir də qeyd etməyi vacib sayıram ki, cızmaqaraçılar nə vaxtdan Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovun təəssübünü çəkən olublar? Öz valideyinlərində gördüklərini başqalarının ünvanına yaxmağa kim onlara ixtiyar verib?

Bu qədər şər və böhtanın saytlarda yerləşdirilməsinin məqsədi hər bir ağıllı insana bəllidir. Haqqı danana haqq da divan tutacaq.

Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Ona etibar edilən bütün işlərdə Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov özünü doğruldub. Bizdə hörmətli Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Bütün virtual məkanda fəaliyyət göstərən saytlardan və jurnalistlərdən çiçəklənən və Dünya müstəvisində artıq öz sözünü müstəqil demək imkanına malik olan, hegemon dövlətlərlə bir masa arxasında əyləşən Azərbaycanımızın hədəf aldığı gözəl gələcəkdən və işıqlı perspektivlərindən yazmağa çağırırıq.

Qanuninfo.az-dan istinadla xəbər götürmək mədəniyyətdir

Oxşar xəbərlər