6 kişidən uşağı olan qadın sənətçi, iki bacıyla xəyanət, evli kişi ilə sevgili olmaq və erotik şeir - HƏFTƏBECƏR

6 kişidən uşağı olan qadın sənətçi, iki bacıyla xəyanət, evli kişi ilə sevgili olmaq və erotik şeir - HƏFTƏBECƏR Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (124-cü say) təqdim edir.

Ənənəmizi pozmaq istəyirəm. Adətən, lətifəni axırda yazıram. Bu dəfə isti-isti bir şou lətifə yazım, sonra keçək həftənin xəbərlərinə.

Deməli, bir müğənni qadının 6 uşağı olur. Günlərin birində əri sevincək evə gəlir ki, hökumət qərar qəbul edib. Yeddinci uşağı olana böyük mükafat verəcəklər. Mən də çoxdandır sənə deyə bilmirdim, başqa qadından bir uşağım da var. Gedim onu da gətirim, uşaqlarımızın sayı yeddi olsun, mükafat alaq. Müğənni qadın razılaşır. Kişi 3-4 saat sonra başqa qadından olan uşağıyla içəri girəndə görür ki, evdəki uşaqlar yoxdur. Soruşur ki, bəs uşaqlar hardadır? Qadın cavab verir ki, hərəsini öz atası gəlib apardı mükafat almağa.

Bilmirəm, nə dərəcədə gülməli oldu. Amma sənət aləmindəki, daha doğrusu sənət adıyla bizə sırınan aləmdəki mənzərəni bu lətifə dəqiq ifadə edə bilir. Kimsə deyə bilər ki, yaxşıları da var. Mən də cavab verirəm ki, bizim yaxşılarla nə işimiz?

Aktyor Fərda Xudaverdiyevin konsertində təşkilatçılar jurnalistlərə qarşı kobudluq ediblər. Fərda da buna görə təşkilatçıların əvəzindən üzr istəyib. Üzrxahlıq etməkdə qəbahət yoxdur. Amma bu məqamda təşkilatçıları tam da qınamaq olmur. Çünki yaxasında, maşınında, paltaryuyan maşınında, hətta üstündə "press" sözü gəzdirən o qədər gədə-güdə peyda olub ki, adam "jurnalistəm" deməyə utanır. Hə, bir də son zamanlar "peşəkar" sözü çox dəbdədir. Kim 7-8 nəfərlik auditoriyası olan saytda 3 xəbər yazırsa, deyir, məşhuram, peşəkaram. Ən pisi odur ki, həmin "peşəkar" bəzən nəyinsə xatirinə əsl peşəkarlar tərəfindən dəstəklənir də.

Murat Boz sevgilisinə iki bacıyla xəyanət edibmiş. Rahatlıqla bizim şou-biznesə qatıla bilər. Buralarda da sevgilisinə 7-8 qardaşla xəyanət edən sənətçilər çoxdur. Hətta onlardan gör-götür də etməyi mümkündür.

Müğənni Damla efirdə ağlayıb və deyib ki, ərimin həyatında başqa qadın var idi. Bilsəydim, elə birinci lətifənin əvəzinə bunu yazardım.


İndicə saytların birində xəbərə baxıram. Yerli məşhur qadınlar ayaqlarını nümayiş etdiriblər. Redaktor olsaydım, o xəbərin adını "baldır şou" qoyardım. Yeri gəlmişkən, buradan sponsorlara səslənirəm. Bu adda bir veriliş açmaq istəyirəm, dəstək olarsınızmı? Əgər bəyənməsəniz, verilişin adını dəyişib "bud şou" da qoya bilərik.

Xatunla Rəqsanənin arası dəyib. Birinci ad çəkmədən belə bir status yazıb. Hələ indiyə kimi heç kim şou biznesdəki durumu belə açıq təsvir edə bilməmişdi:

"Xatun heç kimin kölgəsində, kiminləsə duet oxuyaraq məşhur olmayıb. Mahnılarımın bəziləri bəyənildi, dillər əzbəri oldu. İlk və tək parodiyaçı qadınam. Yaradıcılığım təkcə toy və Moskva toylarından ibarət deyil. Məşhur olmaq üçün nə etmək lazımdır? Lüt gəzmək, min üzlü olmaq, onun-bunun ərindən bic doğmaq, pozğun ətrafla gecə həyatı yaşamaq, kirayədən "Galenvagen" götürüb acıq vermək, kirayə villa tutub, İnstagram-da reklam etməkdir məşhurluq? Çalışmışam həyatda heç kimin haqqına girməyim, qınamayım, amma mümkün deyil. Çünki elə bir aləmdəyəm ki, müharibə etməsən, sülh yaşaya bilməzsən".

Yaxşı açıqlamadır. Ara yerdə "Galenvagen"in də reklamı getdi. Amma inanmıram, Rəqsanə kiminsə ərindən bic doğub, kirayə villa tutub camaata acıq versin. Tovuzlular demişkən, o elə qız dööy. Yəni deyil.

Bir gənc aktrisa var - Gülşən Hüseynli. Deyib ki, evli kişiylə eşq də yaşamaq olar, hələ o yana da keçmək. Baxarsınız, bu qızın fanatları bundan sonra daydaylar olacaq. Hə, o yadımdan çıxdı. Deyib ki, əsas ürəkdir.

Bu arada Elza erotik şeir yazıb. Gələn dəfə üçün pornoqrafik şeir gözləyirəm. Hətta o şeirə bir nəzirə də yazacağam.

Oxşar xəbərlər