Prezidentin çağırışı və yeni qanun deputatın bazarını öldürür - Müdhiş faktlar

Prezidentin çağırışı və yeni qanun deputatın bazarını öldürür - Müdhiş faktlar Lənkərandan seçilən deputat Rüfət Quliyevin siqaret bazarı gəlirlərində itkilərə yol verib

Millət vəkilinin rəhbəri olduğu tütün firması son qanun layihəsinin qəbulundan sonra zərərlə üzləşməyə başlayıb.

Bu itkilərin bundan sonra daha böyük məbləğdə olacağı bildirilir. Rüfət Quliyevin “EUROPEAN TOBACCO Baku” fabriki ölkədə siqaret bazarında əsas inhisarçıdır.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunsa da, ikinci oxunuşda bir sıra düzəlişlər edilib ki, bu da cəmiyyətin maraqlarına cavab verir.

Tütündən istifadə arzuolunan deyil. Cənab perzident də bu yaxınlarda çıxışında özünü nümunə göstərərək bildirdi ki, siqaret çəkmək məsləhətli deyil. Biz də buna qoşulmayılıyıq. Sulu qəlyanlarla bağlı məsələ layihədə öz əksini tapıb.

Qapalı yerlərdə də siqaret çəkilməsi məsələsi mübahisə mövzusu idi. Qanunun işlək olmasını istəyiriksə, o zaman irəli sürülən tələblərə ciddi riayət etmək lazımdır.

Ulus.Az-ın məlumatına görə, 16 ildir Azərbaycanda siqaret istehsal etməklə yüz milyonlarla dollar gəlir əldə edən inhisarçı şirkət nədən yerli xammal istehsalına diqqət yetirməyib.

Axı təkcə 2015-ci il ərzində ölkəyə tütün xammalı və hazır tütün məmulatlarının idxalına 297 milyon 850 min ABŞ dolları məbləğində valyuta sərf olunub.
Tanzaniya, Bolqarıstan, Braziliya, Gürcüstan, Hindistan, Xorvatiya, İspaniya, İtaliya, Livan və Macarıstandan xammal daşımaqdansa, R.Quliyev daxildə tütün istehsalını stimullaşdırıb yerli xammaldan istifadəyə diqqət ayıra bilməzdimi?

Yalnız ötən il - dövlət başçısı istehsalçılara yerli xammaldan istifadəylə bağlı çağırış edib, tütün istehsalçılarına subsidiya ayırandan sonra R.Quliyev ayılıb və Zaqatalaya gedərək tütün istehsalçıları ilə görüşüb.

Halbuki bu işə vaxtında başlansaydı, indi daxili istehsal ölkədə siqaretə olan tələbatı təmin etməyə imkan verərdi.

Və nəinki yüz milyonlarla dollar kənara axardı, əksinə, xaricə ixrac nəticəsində ölkə iqtisadiyyatının kəskin ehtiyac duyduğu valyutanın Azərbaycana axını baş tutardı.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən ölkəmizdə siqaret çəkənlər adambaşına 53 qutu siqaret istehlak edirlər.

Dünya üzrə orta göstərici isə adambaşına 40 qutudur. Bu qədər böyük bazarın 90 faizindən çoxunun idxal xammalı əsasında təmin edilməsinə görə məsuliyyət daşıyanlardan biri, bəlkə də birincisi R.Quliyevdir.

Ancaq bu gedişlə və prezidentin çağırışından sonra siqaret bazarında durğunluq olacağı gözləniləndir.

Oxşar xəbərlər