
Metbuat.az xəbər verir ki, bir neçə gün öncə Şevket Çoruhun "Twitter" hesabında referenduma "yox" deməsinin ölkədə söz-söhbətə səbəb olmuşdu. Türk mediası aktyorun məhz bu statusuna görə serialdan uzaqlaşdırıldığını yazsa da, rejissor xəbərlərin əsassız olduğunu açıqlayıb. Aktyorun serialda qalıb-qalmayacağı isə hələlik bəlli deyil.
