Türkiyədə tanınmış aktyor həbs olundu

Türkiyədə tanınmış aktyor həbs olundu Türkiyədə tanınmış komediya aktyoru Atalay Dəmirçi həbs olunub

APA xəbər verir ki, avqustun 5-də saxlanılan A. Dəmirçi bu gün məhkəmə qarşısına çıxarılıb.

Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqələrə görə ittiham olunan sənətçi məhkəmədə Fətullah Gülənə yaxınlığı ilə tanınan keçmiş futbolçu Hakan Şükür və basketbolçu Enes Kanterlə yazışdığını və görüşdüyünü bildirib.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkədəki hesabı sındırılan A. Dəmirçinin H. Şükür və E. Kanterlə yazışmaları yayımlanıb. Yazışmalar ictimai qınağa səbəb olduğu üçün aktyor səhvə yol verdiyi etiraf edib, 15 iyul gecəsi Fətullah Gülən terror təşkilatı tərəfindən çevriliş cəhdindən sonra fikrini dəyişdiyini bildirib.

Qeyd edək ki, A. Dəmirçi 30-dan çox ölkədə 3000-dən artıq konsert verib.

Oxşar xəbərlər