Türkiyəli aktyor pilləkəndən yıxıldı, öldü

Türkiyəli aktyor pilləkəndən yıxıldı, öldü Türkiyənin məşhur aktyoru Münir Akça dünyasını dəyişib.

O, Ordu şəhərindəki evinin pilləkənindən yıxılıb. Aktyor qonşuların köməyi ilə xəstəxanaya aparılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyib.

Münir Akçanın cənazəsi ekspertizya üçün Trabzon Ədli Tibb Təşkilatına göndərilib.

Xatırladaq ki, aktyor “Aşk-i Memnu”, “Arka sokaklar”, “Emret komutanım” kimi məşhur seriallarda rol alıb.

Oxşar xəbərlər