
Məlumata görə, komanda qələbə qazansa, start heyətində yer alan hər futbolçu 100 min, əvəzetmədən meydana çıxanlar 75 min, ehtiyatda qalanlar 50 min manat mükafat alacaqlar.
Yığma heç-heçə etsə, əsas heyətin futbolçuları 75 min alacaqlar. Matçın gedişində oyuna girən futbolçuya bu məbləğin 75, ehtiyatda qalanlara 50 faizi veriləcək.
Qeyd edək ki, Azərbaycan - Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:00-da başlanacaq.