Biləsuvarda kənd təsərrüfatının inkişafı əsas prioritet sahə olaraq ən yüksək zirvəyə qalxmışdır

Biləsuvarda kənd təsərrüfatının inkişafı əsas prioritet sahə olaraq ən yüksək zirvəyə qalxmışdır Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayan həddə yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

İndi Biləsuvar rayonu elə sürətlə inkişaf edir ki, dünən yaradılanlar, qurulanlar bu gün bizə sadədən də sadə görünür. Elə bil gözümüzü açıb bunları belə görmüşük. Bəlkə insanın xislətindən, onun daim irəliyə, inkişafa can atmasından doğan keyfiyyətdir bu. Prezident İlham Əliyevin əmr və tapşırıqlarını, göstərişlərini, tövsiyyələrini Mahir Quliyevin operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır.

Biləsuvarda tikinti-quruculuq işləri davam edir. Rayon mərkəzi xəstəxanasında əsaslı təmir işləri başa çatmaq üzrədir. Bəhrəmtəpə və İmişli istiqamətinə gedən avtomobil yolunun hər tərəfində yeni inzibati binalar və digər obyektlər inşa edilir. Kənd yollarının yenidən qurulması diqqət mərkəzindədir.

Biləsuvarda nə tikilirsə tikilsin, onun keyfiyyətinə xüsusi diqqət yetirilir. Hər bir layihə yüzilliklər üçün nəzərdə tutulur. Digər müsbət cəhət isə ondan ibarətdir ki, tikilən-qurulan nə varsa, qorunur, səliqə-sahmanlı şəkildə saxlanılır. Bu sahədə rayon rəhbərliyinin əməyini qeyd etmək yerinə düşər.

Biləsuvarın torpağı bərəkətli, insanları zəhmətkeşdir. Yerli əhali ta qədimdən heyvandarlıq və əkinçiliklə məşğuldur. Torpağa bu bağlılıq, ənənə nəsildən-nəslə ötürülərək bu gün də yaşadılır. Rayonda təcrübəli, necə deyərlər, "torpağın dilini bilən" adamlar çoxdur. Elə buna görə də sovetlər birliyi dağılandan sonra bir çox rayonların adamlarından fərqli olaraq, biləsuvarlılar çaş-baş qalmadılar. Torpağa üz tutdular. Taxıl, pambıq, digər kənd təsərrüfatı bitkiləri əkib-becərməyi davam etdirdilər. Torpaq da öz növbəsində onunla ülfət bağlayanlardan öz səxavətini əsirgəmədi, ona göstərilən diqqət və qayğının nəticəsində sinəsində bol məhsul yetişdirdi.

Hazırda Biləsuvarda 13 min nəfər torpaq mülkiyyətçisi var. Onların hamısı əkdiyi hektara və bitki növünə görə subsidiya almışdır. Torpaq mülkiyyətçiləri növbəli əkin sisteminin tətbiqinə geniş yer verməklə eyni sahədən bir neçə dəfə məhsul götürürlər. Görülən tədbirlər maddi nemətlər bolluğu yaratmaqla yanaşı, işsizliyin aradan qaldırılmasına, yoxsulluğun azaldılmasına, əhalinin sosial rifahının yüksəlməsinə şərait yaradır. Bunlar isə dövlət tərəfindən irəli sürülən prioritetlərdir.

Biləsuvarda adamlar bu ruhda yaşayıb işləyirlər. Rayon mərkəzində, qəsəbə və kəndlərdə quruculuq, kənd təsərrüfatı işləri uğurla davam etdirilir. Hər kəs doğma rayonun abad, şan-şöhrətli olması üçün əlindən gələni əsirgəmir.

Oxşar xəbərlər