Əsrarəngiz təbiətə malik olan Oğuz ölkəmizin bütün bölgələri kimi günbəgün böyüyür və gözəlləşir

Əsrarəngiz təbiətə malik olan Oğuz ölkəmizin bütün bölgələri kimi günbəgün böyüyür və gözəlləşir qanuninfo.az olaraq bu şərəfli insan - Oğuz rayonu İcra Hakimiyyətinin Başçısı Eyvaz Qurbanov haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Eyvaz Qurbanovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Eyvaz Qurbanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Eyvaz Qurbanov təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Eyvaz Qurbanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Oğuz rayonu İcra Hakimiyyətinin Başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Əsrarəngiz təbiətə malik olan Oğuz ölkəmizin bütün bölgələri kimi günbəgün böyüyür və gözəlləşir. Son illərdə burada həyata keçirilən genişmiqyaslı, quruculuq-abadlıq tədbirləri, rayon əhalisinin sosial həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən saysız-hesabsız işlər Oğuzun simasını daha da gözəlləşdirmiş, ona xüsusi yaraşıq bəxş etmişdir. Rayonda əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılması istiqamətində görülən işlər də ürəkaçandır.

Hazırda rayonda aparılan işlər sırasında mühüm yerlərdən birini də sahibkarlığın inkişaf etdirilməsidir. Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Oğuzda da yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir. Belə ki, Eyvaz Qurbanov rayonda sahibkarlığın inkişafı üçün zəruri olan bütün addımları atır. Bununla bağlı, hətta xüsusi nəzarət işləri də reallaşdırılır. İcra başçısı özü də bildirir ki, dövlət tərəfindən iş adamlarına bütün dəstək verilir. Onlar üçün mövcud olan bütün bürokratik əngəllər aradan qaldırılır. Oğuz rayonunda fəaliyyət göstərən sahibkarlar da deyirlər ki, hal-hazırda onlar üçün zəruri olan bütün şərait yaradılıb.

Rayonun iqtisadi inkişafının təmin olunması üçün atılan bütün addımlara gəldikdə isə Eyvaz Qurbanovun bu gərgin əməyi də bəhrəsini verməkdədir. Qeyd edək ki, Oğuzda hazırda iqtisadiyyatın inkişaf etdirilməsi üçün icra başçısı tutarlı addımlar atır, işlər görür, real nəticələr əldə edir. Elə bu səbəbdəndir ki, son bir ildə Oğuzda iqtisadi inkişaf üzrə artım artıq xeyli yüksəlib. Və bu ildən etibarən həmin inkişafın iki dəfə artması gözləntiləri var. Rayonda işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması sahəsində də əsaslı addımlar atılıb. Eyvaz Qurbanovun gərgin əməyinin nəticəsi olaraq Oğuzda bir ildə xeyli iş yerləri açılıb, yeniləri isə açılmaq üzrədir. 2018-ci ildə də Oğuz rayonu bu sahədə ən öncüllərdən biri olacağı şübhə doğurmur.

Bizdə hörmətli Eyvaz Qurbanovu dövlətimizə şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər