Qiyamət hazırlığı başlandı: Muzdlu ordu aclara qarşı – Hər şey 2 dəqiqədə MƏHV OLACAQ

Qiyamət hazırlığı başlandı: Muzdlu ordu aclara qarşı – Hər şey 2 dəqiqədə MƏHV OLACAQ ABŞ-ın Kaliforniya ştatının Silikon vadisində zəngin insanlar qiyamət gününə hazırlaşmağa başlayıb.

Redaksiyamız Publika.az-a istinadən xəbər verir ki, varlılar texnologiyanın inkişafından sonra iş yerlərini itirən insanların qiyam edəcəyini düşünürlər. Qiyam edəcək insanların ilk hədəfinin “Facebook”, “Google”, “Apple” və “Microsoft” kimi firmaların yerləşdiyi Silikon vadisi olacağı təxmin edilir.
“Linkedin” şəbəkəsinin yaradıcı Reid Hoffman bildirib ki, bir neçə motosikleti, silahı və çoxlu mərmisi var: “Qida da toplamışam. Evimin altındakı zirzəmidə uzun müddət qalmağa bəs edər”.
“Facebook”-un keçmiş əməkdaşlarından olan Antonio Qarcia bir adada böyük ərazi aldığını bildirib. Adada ona məxsus əraziyə generator, günəş panelləri və silahlar yığdığını deyib.
“Reddit” sisteminin qurucularından olan Yişan Vonq qaçış planlarının olduğunu bildirib.
Varlılar arasında hətta muzdlu əsgər ordusu yaradaraq döyüşmək istəyənlər də var.
ABŞ-da Donald Tramp prezident seçiləndən sonra qiyamət gününün simvolu olan “Qiyamət saatı” 30 saniyə irəli çəkilib. Bununla da,qiyamətin baş verəcəyi gecə yarısı vaxtına 2 dəqiqə 30 saniyənin qaldığı hesab olunur. “Qiyamət saat”ında dəyişikliyin edilməsi səbəbi Trampın iqlim dəyişikliyi və nüvə silahlarına yanaşmasıdır.

Oxşar xəbərlər