İstanbulda yenə qan axdı: yaralılar var - FOTO

İstanbulda yenə qan axdı: yaralılar var - FOTO İstanbuldakı restoranlardan birində atışma baş verib. "Report" xəbər verir ki, "Əl-Ərəbiyyə" telekanalı məlumat verib.

Məlumata görə, hadisə Fatih rayonunda qeydə alınıb. Xəbərdə bildirilir ki, hadisə zamanı bir neçə nəfər yaralanıb. Silahlı insidentin təfərrüatları ilə bağlı ətraflı məlumat verilmir. Hadisə ilə bağlı təhqiqat aparılır.

Artıq atışmada yaralananların kimliyi məlum olub. Bu barədə "CNN Türk" məlumat yayıb.

Məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində restoranın sahibi və universitetlərdən birinin professoru yaralanıb.
Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Cinayətkar hadisə yerindən qaçıb. Məlumata görə, o, tək olub.

Polis faktla bağlı araşdırma aparır.

Oxşar xəbərlər