
"Report"un məlumatına görə, bu barədə "Los Angeles Times" qəzetinin elektron versiyası xəbər yayıb. Məlumata görə, naməlum şəxs əyləncə gecəsinin iştirakçılarına atəş açıb. Nəticədə 3 nəfər həlak olub, bir neçə nəfər yaralanıb. "Yaralılardan bir neçəsi özləri xəstəxanaya gəliblər" – deyə polis nümayəndəsi nəşrə bildirib. O, qeyd edib ki, yaralılar arasında hüquq-mühafizə orqanlarının əməkdaşları yoxdur. Xəsarət alanların sayı və silahlı insidentin başvermə səbəbləri məlum deyil.