“Messi, mənə ya oğul hədiyyə et, ya da futbolkanı” - Foto
DÇ-2018-in seçmə mərhələsində keçirilən Argentina – Kolumbiya (3:0) oyununda xanım azarkeşlərdən biri maraqlı pankart açıb.
O, meydan sahiblərinin ulduz futbolçusu Lionel Messidən formasını istəyib.
Lakin xanım azarkeş bunu xüsusi tərzdə edib. Belə ki, onun açdığı pankartda bunlar yazılıb: "Messi, mənə ya oğul hədiyyə et, ya da futbolkanı. Özün qərar ver!".