
Siyahıda Çovdarova məxsus olan hündürmərtəbli binalardakı mənzillər, villalar, torpaq sahələri, şirkətlər, bazarlar var.
Məhkəmə qərarları ilə həmin əmlakların üzərinə həbs qoyulub.
Özəl olaraq əldə etdiyimiz siyahını təqdim edirik:
• Bakı şəhəri, Nizami rayonu Naxçıvanski küçəsi 50 ünvanında yerləşən 8,1 milyon manat dəyərində meyvə-tərəvəz bazarı.
• 4 milyon 310 min manat dəyərində Abşeron rayonunun Masazır kəndində 9,3 ha torpaq sahəsinin üzərində yerləşən tikililər.
• 4 milyon 500 min manat dəyərində Nəsimi rayonunda zirzəmili, mansardlı 7 mərtəbəli qeyri-yaşayış binası.
• 3 milyon 178 min manat dəyərində Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayonda 4941 kvadrat metr sahəyə malik 6 mərtəbəli, zirzəmili və mansardlı bina.
• 2 milyon 470 min manat dəyərində həmin ünvanda yerləşən 0,2 hektar torpaq sahəsinin üzərində olan tikili.
• 1 milyon 655 min manat dəyərində Səbail rayonu Badamdar qəsəbəsində 0,0996 ha torpaq sahəsi və onun üzərindəki 531,60 kvadrat metr fərdi yaşayış evi,
• 1 milyon 109 min manat dəyərində Badamdar qəsəbəsində 0,07 ha torpaq sahəsi və onun üzərindəki 275,6 kvadrat metr fərdi yaşayış evi.
• 1milyon 145 min manat dəyərində Badamdar 0,0665 hektar torpaq sahəsi və 275,6 kvadrat metr fərdi yaşayış evi.
• 808.000 manat dəyərində Novxanı bağlar massivində yerləşən 0,18 ha torpaq sahəsi və 222,31 kvadrat metr fərdi yaşayış evi.
• 700.000 manat dəyərində Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kvadrat metr bağ evi.
• 646.000 manat dəyərində Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllər, tikililər, tikintialtı sahəli talvar və tikintialtı sahəli hovuz.
• 483.000 manat dəyərində Bülbül prospektində mənzil.
• 400.000 manat dəyərində Xızı rayonunun Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsi.
• 300.000 manat dəyərində Biləcəri qəsəbəsində 0,06 hektar torpaq sahəsi.
• 115.500 manat dəyərində «Babək-94» müstəqil kiçik müəssisəsinin Xudu Məmmədov küçəsində yerləşən binasında 89,8 kvadrat metr ölçüdə mənzil.
• 95.000 manat dəyərində Biləcəri qəsəbəsində yerləşən 560 kvadrat metr torpaq sahəsi.
• 231.500 manat dəyərində "Yeni Yasamal” mənzil-tikinti kooperativinin inşa etdiyi binada 250 kvadrat metr qeyri-yaşayış sahəsi.
• 208.600 manat dəyərində Kürdəmir şəhəri «Ərşəli yeri» adlanan ərazidə yerləşən 24.000 nar kolu ağacının olduğu 100 hektar torpaq sahəsinin üzərindəki 93,1 kv.metr tiikli.
• 125.000 manat dəyərində Xətai rayonunda "Yüksəliş-C” MTK tərəfindən inşa edilmiş binanda 147,4 kvadrat metr sahəyə malik mənzil.
• 86.000 manat dəyərində Novxanı kəndində yerləşən 0,1073 ha torpaq sahəsi.
• 71.000 manat dəyərində Novxanı kəndində yerləşən 0,0886 ha torpaq sahəsi.
• 60.000 manat dəyərində Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsi.
• 203.000 manat dəyərində Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsi.
• 59.500 manat dəyərində Abşeron rayonu Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsi.
• hər birinin dəyəri 15.000 manat olan Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 2 ədəd 0,075 hektar torpaq sahələri.
• 50.000 manat dəyərində Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 0,13739 hektar torpaq sahəsi və onun üzərində yerləşən 3 ədəd əsas tikili, 2 ədəd köməkçi tikili.
• 1.800 manat dəyərində Kürdəmir rayonunun Yeni Şıxımlı kəndində yerləşən 2,5 hektar torpaq sahəsi.
• 60.000 manat dəyərində Kürdəmir rayonunun Qurdbayram kəndində yerləşən 100 hektar torpaq sahəsi.
• 96.000 manat dəyərində Nəsimi rayonunda qarajlar.
• 145.000 manat dəyərində Adil Məmmədov küçəsində mənzil.
• 115.000 manat dəyərində Mir Cəlal küçəsində mənzil. (qafqazinfo.az)