Prezident: Biz heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq

Prezident: Biz heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq Biz, ümumiyyətlə, heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq.

Görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Ölkə başçısı deyib ki, buna görə də daxili resurslar artırılmalıdır:

“Azərbaycan dövlətinin siyasəti bundan ibarətdir. Bizim çox böyük potensialımız var. Sadəcə olaraq, biz bu potensialdan 100 faiz istifadə etməliyik. Sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu, sahibkarlıq, şəffaflıq inkişaf etməlidir. Kənd təsərrüfatının digər sahələri də inkişaf etməlidir. Emal sənayesi - burada artıq bir neçə emal müəssisəsi var. Bu işlər daha da sürətlə getməlidir. İndi sahibkarlığın inkişafı üçün əlavə şərait yaradılır, islahatlar aparılır”.

Prezident deyib ki, sahibkarlar aparılan islahatlara çox müsbət reaksiya verirlər:

“İnvestisiya artır, təşviq mexanizmi icra edilir. İxrac potensialımız artır. Biz bütün bunları etməliyik ki, neftdən asılılığımızı tamamilə aradan götürək. Bu layihələri icra etdikcə əlbəttə ki, bizim daha da çox maliyyə imkanımız olacaq. Biz bu maliyyə imkanlarımızı da sosial layihələrə yönəldəcəyik - xəstəxanaların, məktəblərin, yolların tikintisi, köçkünlərin problemlərinin həlli. Biləsuvar rayonunda minlərlə məcburi köçkün yerləşir. Onların problemləri də həll olunur və həll olunacaq. Beləliklə, ölkəmiz uğurla inkişaf edəcək. Regionlar inkişaf etdikcə ölkə də güclənəcək və biz həmişə ancaq daxili resurslara arxalanmalıyıq”.

Oxşar xəbərlər