Hindistanda 1700 məktəb bağlandı

Hindistanda 1700 məktəb bağlandı Hindistannın paytaxtı Dehlidə sis səbəbindən 1700 dövlət məktəbi bağlanıb.

Xarici KİV xəbər verir ki, qərar dünən havanın güclü çirklənməsi ilə bağlı qəbul edilib.
Məktəblər gələn həftə açılacaq, lakin istəklərinə uyğun olaraq onlar açılmama qərarı da verə bilərlər. Qeyd edək ki, bağlanan 1747 məktəbdə 900 min məktəbli təhsil alır.

Son günlər Dehlidə havanın keyfiyyəti “potensial təhlükəli” olaraq qiymətləndirilir. Buna səbəb olaraq isə 29-30 oktyabrda Divali bayramında havaya atılan fişənglər göstərilir.

Oxşar xəbərlər