Çoban arvadı ona xəyanət etdiyi üçün boğazını kəsdi - Dəhşətli qətlin təfərrüatı

Çoban arvadı ona xəyanət etdiyi üçün boğazını kəsdi - Dəhşətli qətlin təfərrüatı Zərdab rayonu Yarməmmədbağı kəndində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Rayonun Yarməmmədbağı kəndindən verilən məlumata görə, Aqşin Astanov həyat yoldaşı Rüksanə Atsanovanı qısqanclıq zəminində öldürüb: "Aqşin Astanov 3 dəfə evlənib. Uşaqlarına da yaxşı baxmayıb. Kimsəsiz bir adamdır, çoban işləyir. Heç bir xəstəliyi yoxdur. Aqşinin atası uzun müddətdir ki, Rusiyada yaşayır. Anası isə kəntdədir. Aqşin həyat yoldaşının ona xəyanət etdiyini bildirib. Hadisə səhər saatlarında baş verib. Aqşin arvadının 3 yerdən bıçaqla boğazını kəsib”.

Kənd sakinləri deyir ki, kimin haqlı olduğunu qanun deyəcək.

Xatırladaq ki, Zərdab rayonunda qətl hadisəsi baş verib. Rayonun Yarməmmədbağı kəndinin sakini 1983-cü il təvəllüdlü Aqşin Usub oğlu Astanov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

/// AzNews.az

Oxşar xəbərlər