Azərbaycanda universitet rektoru işdən çıxarıldı

Azərbaycanda universitet rektoru işdən çıxarıldı "Təfəkkür" Universitetinin rektoru Müşviq Atakişiyev səhhəti ilə bağlı vəzifəsindən azad olunub.

Universitetdən APA-ya verilən xəbərə görə, bu barədə iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev universitetdə keçirilən tədbirdə öz xahişi ilə rektor vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb.

O bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb.

Ali məktəb rektorunun səlahiyyətlərinin icrası prorektor Rahim Hüseynova həvalə edilib.

Oxşar xəbərlər