ATV kanalının xəbərlər proqramında aparıcı xəbəri oxusa da, süjet efirə getməyib.
Aparıcı növbəti məlumatı oxumağa davam edib, bu süjet də texniki qüsur səbəbindən efirə “həsrət qalıb”.
Aparıcı tamaşaçılardan üzr istəyərək növbəti reportajı təqdim edəcəklərini söz verib və sıradakı məlumatı oxumağa başlayıb.
Bu reportajın təqdim edilməsində də problem yaranıb. Zığ ərazisində yaranan sürüşmə haqda məlumatın reportajı da “tilsim”ə düşərək efirə gedə bilməyib.
Xarici xəbərlər isə yarımçıq qalıb və onu vaxtsız reklam əvəz edib.