ANS PRESS xəbər verir ki, aparıcı həyatının ən çətin yayımı olduğunu deyib.
Onun sözlərinə görə, xəbəri silahlı əsgərlərin təzyiqi altında oxuyub.
“3-4 saat əvvəl dəhşət yaşadıq. Karyeramda ən çətin yayımıma çıxmışdım. Saatlarla girov olduq. Qollarımızı arxadan bağlamışdılar. Bizi təhqir edirdilər. Yayımda o mətni oxumaq üçün silahlı əsgərlər məni məcbur etdi. O şərtlər altında bizə oxutdular. Çox şükür xəsərət alan olmadı. O anları bir də xatırlamaq istəmirəm”, - deyə aparıcı bildirib.
Bir neçə saat əvvəl TRT kanalının xəbər aparıcısı canlı yayımda Türkiyədə dövlət çevirilişi olduğunu demişdi.