"Instagram" Röya Ayxanı tanıdı - FOTO

Azərbaycanın əməkdar artisti, estrada ulduzu Röya Ayxanın İnstagram-daki səhifəsi artıq rəsmi olaraq təsdiqlənib.

Primetime.az xəbər verir ki, dünyanın ən nəhəng sosial şəbəkəsi olan İnstaqram sahibləri dünəndən etibarən R.Ayxanın 714 min izləyicisi olan hesabında simvolik mavi işarələrini qoyublar. Bununla da sözügedən şəbəkə adminləri Röyanı rəsmən tanıdıqlarını təsdiqlədilər.

Qeyd edək ki, mavi işarənin hesablara tətbiq edilməsi, səhifə sahibinin profilinim "fake", yəni saxta olmadığını göstərir. Bu işarəni məşhurlara və ya qlobal şirkətlərə məxsus hesablarda görmək mümkündür. Onu da xatırladaq ki, məhz əməkdar artist Röya Ayxanın sosial şəbəkədə mövcud olan səhifələri peşəkar komandanın nəzarəti altında fəaliyyət göstərir. Estrada ulduzunun Facebook-dakı hesabı da bir neçə il öncə rəsmi olaraq öz təsdiqini tapıb.


"Instagram" Röya Ayxanı tanıdı - FOTO

Oxşar xəbərlər