Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarәsində bundan sonra da fəaliyyətini yüksələn xətt üzrə davam etdirəcək
Azər İsmayılovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, Azər müəllimin adı ölkənin kütləvi informasiya vasitələrində tez-tez çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu, Azər İsmayılovun fəaliyyətinin müəyyən özəllikləri, rəisi olduğu Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarәsi işində müəyyən məqamlarda məxfiliyin gözlənilməsinin vacibliyi ilə əlaqədardır. Lakin Azər müəllimi yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər də hər bir insana yalnız baş ucalığı gətirə bilər.
“Qara mətbuat”da Azər İsmayılovun tutduğu vəzifədən kənarlaşdırılacağı haqda yalan xarakterli məlumatların yayılması onu göstərir ki, Azər İsmayılovun dövlətçiliyə sədaqətlə xidmət göstərməsi və həyata keçirdiyi düzgün iş prinsipi kimlərəsə sərf etmir. Onun vəzifədən getməsini arzu edən, yəni buna görə də hörmətli Azər müəllim barədə yalan məlumatlar yayan insanların niyyəti baş tutmayacaq. Hazırda öz vəzifəsini uğurla davam etdirən və Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarının inkişafı ilə bağlı cənab Prezidentimiz İlham Əliyevin və cənab Əhməd Əhmədzadənin tapşırıqlarını şərəflə yerinə yetirən İdarə rəisi Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsində işlərin yüksək səviyyədə qurulmasına nail olub.
Biz isə əminik ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılov bütün qarayaxmlara baxmayaraq, onlara əhəmiyyət vermədən yoluna yenə də əvvəlki əzm və iradəylə, yüksək peşəkarlıqla davam edəcək, 2021-ci ildə daha böyük uğurlara imza atacaq.
Qanuninfo.az xəbərdarlıq edir: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir




