
Müdafiə Nazirliyinin mətbuat xidmətindən aznews.az-a verilən məlumata görə, “Açıq qapı” günündə ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər kazarmaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.
Həmin gün hərbi hissələrin komandanlığı ilə valideynlərin görüşləri təşkil olunacaq, onları narahat edən sualların və maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.
Xatırladaq ki, sonuncu dəfə bu cür aksiya oktyabr ayında keçirilmişdi.