Şabranda ağır qəza — Ölənlər var

Şabranda ağır qəza — Ölənlər var Şabranda iki yük avtomobili toqquşub

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şabran rayonu ərazisində "Kamaz" və "Ford" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olmuşdur.

Ölkə.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunmuş, "Ford" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişinin cəsədlərini çıxararaq aidiyyatı üzrə təhvil vermişlər.

Əməliyyat saat 04:32-də başa çatmışdır.

Oxşar xəbərlər