“Obamanın hələ vaxtı var”
Amerikanın Ermənistan Milli Komiteti prezident Barak Obamanı Almaniyadan nümunə götürməyə və qondarma “erməni soyqırımı”nı tanımağa çağırıb.
“Almaniya bundestaqının “erməni soyqırımı”nı tanıması beynəlxalq ictimaiyyətin diqqətini ABŞ prezidenti Barak Obamanın Türkiyə siyasətini dəstəkləyərək cinayət faktını inkar etməsinə yönəldir”, - bəyanatda deyilir.
Təşkilatın rəhbəri Aram Qamparyanın sözlərinə görə, Almaniya bundestaqının qondarma “erməni soyqırım”ını rəsmən tanıması gələcəkdə Türkiyənin təcrid olunmasına töhfə verəcək.
“Obamanın Almaniyadan nümunə götürərək Türkiyə siyasətini rədd etmək və “erməni soyqırımı”nı tanımaq üçün hələ vaxtı var”, - o deyib.