Nazir müavini yeniliklərin məqsədini açıqladı
Vergilər nazirinin birinci müavini Natiq Əmirov aksiz markalı malların – spirtli içkilərin plastik kartlar vasitəsilə satılması məsələsinə aydınlıq gətirib.
qanuninfo.az xəbər verir ki, onun bildirdiyinə görə, məqsəd vergi yükünü artırmaq deyil, insanlarda nağdsız ödəmə vasitələrindən istifadə etmək mədəniyyətini formalaşdırmaqdır.
O bildirib ki, Pos-Terminalın obyektlərdə quraşdırılması zamanı isə vergi ödəyiciləri hər hansı ödəmə etməyəcək.
“Düşünürəm ki, spirtli içkilər həyat əhəmiyyətli məhsul deyil, buna görə də, 3 gün gec də satıla bilər”, - deyə nazirin birinci müavini deyib.
N.Əmirov onu da deyib ki, tütün məlumatlarının fərdi şəkildə alınması sosial məsələdir, bu məqsədlə bu məhsulların alınması zamanı nağdsız alış-veriş qaydasının tətbiqi təxirə salınıb:
“Tütün məmulatları spirtli içki kimi zərərli vərdiş olsa da, bununla belə bu, sosial məsələdir. Çoxlu sayda insan bu məhsulu istehlak edir. Xüsusilə yaşlı insanlar arasında bu məhsulun kütləviliyi nəzərə alınaraq tütün məmulatlarının fərdi alınması zamanı nağdsız alış-veriş qaydası şərti olaraq təxirə salındı.
Bunlar vətəndaşa aiddir, sahibkarlar isə tütün məmulatını satmaq üçün alırsa, mütləq onu nağdsız almalıdır və bu məhsulun nağdsız alınması barəsində sənədləri olmalıdır”.
Qeyd edək ki, Vergilər Məcəlləsinə edilən bu dəyişikliklər 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək.