Depfner Türkiyə prezidenti haqqında zarafatlara güldüyünü deyib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın böyük mediakonsernlərindən biri olan “Axel Springer AG”in rəhbəri Matias Depfneri məhkməyə verib.
Depfner türk prezidenti haqqında ZDF kanalında təhqiramiz şeir oxuyan alman satiriki Yan Bemermanın ünvanına dəstəkləyici sözlər deyib.
Məlumata görə, Depfner Ərdoğan haqqında zarafatlara güldüyünü bildirib.
Daha sonra türk tərəfi mediakonsern rəhbərinə qarşı Bemermanın ünvanına hansısa bəyanat verməyi qadağan edən məhdudiyyətlər qoymağı tələb edib.
Bununla yanaşı, Ərdoğan qadağa təmin edilməzsə, ali instansiya məhkəməsinə müraciət etmək niyyətindədir, bunu Türkiyə prezidentinin vəkili Ralf Heker bildirib.
Aprelin 10-da türk hökuməti Almaniyanın Xarici İşlər Nazirliyindən aparıcı Yan Bemermana qarşı cinayət işinin başlanmasını tələb edib.
Onun ardınca çıxış edən Almaniyanın ədliyyə naziri Hayko Maas bəyan edib ki, Bemermannın şerinin satira yaxud böhtan hesab edilməsi məsələsi məhkəməyəqədərki qaydada həll olunacaq və qeyd edib ki, Bemermann üzərində məhkəmə istənilən halda keçiriləcək.
Şeir Bemerman tərəfindən martın 31-də Almaniyanın ZDF kanalının efirində “Neo Magazin Royale” verilişində oxunub. Öz satirasında müəllif türk liderini kürd və xristianları sıxışdırmaqda, eləcə də müxalifət qəzetlərinin bağlamaqda ittiham edib.