Azərbaycana qarşı sanksiya hazırlayan Smit ermənilərin dostu çıxdı

Azərbaycana qarşı sanksiya hazırlayan Smit ermənilərin dostu çıxdı “Bu addımlar ABŞ-ın imicinə mənfi təsir göstərə bilər”

Azərbaycana qarşı hazırlanan sanksiya layihəsinin təşəbbüskarı, konqresmen Kris Smitin ABŞ erməni lobbisi ilə əməkdaşlığı ortaya çıxıb.

qanuninfo.az xəbər verir ki, konqresmen Kristofer Smitin ABŞ Erməni Milli Komitəsinin (ANCA) sədri ilə görüşünü əks etdirən fotonu komitənin radikal rəhbərlərindən biri olan Aram Hamparyan tvitter hesabında paylaşıb və qeyd edib ki, onun işini dəstəkləmək üçün ANCA konqresmen Smit ilə görüşür.

Xatırladaq ki, ABŞ Helsinki Komissiyası Kris Smitin rəhbərliyi altında ABŞ Konqresinə qanun layihəsi təqdim edib.

Bu qanun layihəsi Azərbaycan hökumətinin yüksək rütbəli üzvlərinə viza verilməsinə qadağalar tətbiq olunmasını nəzərdə tutub.

Qeyd edək ki, bundan əvvəl sənədlə bağlı Oxu.Az-a açıqlama verən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirmişdi ki,hər bir söz və ifadəsi belə Azərbaycana qarşı yönəlmiş bu sənəd layihəsinin ABŞ konqresinə keçirilməsi planlaşdırılan seçkilərin ərəfəsində ABŞ-dakı erməni lobbi dairələri tərəfindən hazırlanması şübhə doğurmur.

“Bu kimi qərəzli addımlar eləcə də Azərbaycan ictimaiyyətində ABŞ-ın imicinə mənfi təsir göstərə bilər.

Sənədin təşəbbüskarı olan konqresmen Kris Smit həmişə ermənipərəst mövqeyi ilə fərqlənib və ABŞ-dakı erməni lobbisinin təsiri altında olub”, - deyə, o, qeyd etmişdi.

Oxşar xəbərlər