2015-ci ildə İsmayıllıda 720 yeni iş yeri, o cümlədən 495 daimi iş yeri açılıb
2016-cı ildə rayonun Qalınçaq kəndində illik istehsal gücü 1000 ton olan quşçuluq fabrikinin, Diyallı kəndində ölkəmizdə ilk velosiped zavodunun, Xanagah kəndində inşaat materialları zavodunun, İsmayıllı şəhərində tikiləcək kartof-çipsi istehsalı müəssisəsinin inşası başa çatdırılacaq.
Bunları İsmayıllı ictimaiyyəti ilə görüşündə vergilər naziri Fazil Məmmədov bildirib.
Nazir qeyd edib ki, rayonda yeni yaradılacaq fabrikin işə düşməsindən sonra, xeyli adam işlə təmin olunacaq: “Rayonun Qalınçaq kəndi ərazisində illik istehsal gücü 1000 ton olan hind toyuğu fabrikində inkubator sexi, vitaminli yem istehsal edən dəyirman quraşdırılacaq. Fabrik tam gücü ilə fəaliyyətə başladığı zaman burada 200-250 nəfər işlə təmin olunacaq”.