Sərbəst güləşçilərimiz Türkiyədən dörd medalla qayıdır

Sərbəst güləşçilərimiz Türkiyədən dörd medalla qayıdır Türkiyənin İstanbul şəhərində keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri başa çatıb.

Oxu.Az xəbər verir ki, təmsilçimiz Aleksandr Qostiyev (-86 kq) finalda Hindistandan olan rəqibinə qalib gələrək qızıl medala sahib çıxıb.

Daha bir legionerimiz Şamil Zubairovun (-92 kq) təsəllisi isə bürünc medal olub.

Qeyd edək ki, sərbəst güləş millimiz daha əvvəl də bir qızıl və bir bürünc medal qazanmışdı.

Oxşar xəbərlər