Məşhur amerikalı maliyyəçi Ceffri Epşteynin 2019-cu ildə ölüm gecəsindən müşahidə görüntülərini araşdıran müstəntiqlər onun kamerasının yaxınlığında narıncı bir fiqur aşkar ediblər.Bu, ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan Federal Təhqiqat Bürosunun (FTB) görüntülərinin təhlilində ortaya çıxıb.
Kadrlarda aşağı mərtəbənin pilləkənlərindən yuxarı qalxan "narıncı parıltı" əks olunub. FTB-nin məlumatına görə, bu, narıncı formalı məhbuslardan biri ola bilərdi.
30 yanvarda ABŞ Ədliyyə Nazirliyi Epşteyn dosyesindən yekun sənədlərin açıqlandığını elan edib. Ədliyyə katibinin müavini Todd Blanş 3 milyon səhifədən çox sənədin, eləcə də 2000-dən çox video və 180.000 fotoşəkilin yayımlandığını açıqlayıb. O, bəzi foto və videoların ya Epşteynin özü, ya da ona yaxın olanlar tərəfindən çəkildiyini bildirib.
Epşteyn 2002-2005-ci illər arasında onlarla yetkinlik yaşına çatmayan qız üçün Nyu-Yorkdakı evinə və şəxsi adasına səfərlər təşkil etməkdə ittiham olunurdu. Müstəntiqlər ən kiçiyinin 14 yaşında olduğunu müəyyən ediblər. 2019-cu ilin avqust ayında maliyyəçi həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb, onu həyata qaytarmaq mümkün olmayıb.