Uzun fasilədən sonra ABŞ-da ölüm hökmünün icrası bərpa olunacaq. ABŞ Ədliyyə Nazirliyi iyulun 25-də bu barədə bəyanatla çıxış edib.
“The Washington Post”un yazdığına görə, artıq bu il dekabrın 9-da beş məhbusla bağlı ölüm hökmünün icra olunması nəzərdə tutulub.
ABŞ baş prokuroru Uilyam Barr cəzaların icra olunması ilə bağlı federal protokola nəzərdə tutulan əlavəni qəbul etmək barədə tapşırıq verib. Bu, federal hökumətə uzun fasilədən sonra ölüm cəzasını yenidən qüvvəyə mindirəcək.
Qeyd edək ki, ABŞ-da sonuncu dəfə ölüm hökmü 2003-cü ildə icra olunub. Həmin vaxtdan etibarən ölüm inyeksiyalarının tətbiqinə qeyri-rəsmi qadağa qoyulmuşdu.
Ədliyyə Nazirliyinin bəyanatında o da deyilir ki, əvvəllər bu prosedur üç preparatın köməyi ilə icra olunurdu. İndi onları pentobarbital əvəz edəcək.(oxu.az)