Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir
Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb.Dövlətimiz üçün bu çox sevindirici və qürurverici bir hadisədir.
Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.
Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir.
İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il Gəncədə və Yevlaxda Olimpiya İdman komplekslərinin tikintisi başa çatmışdır. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb.
İdmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk.Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır.
Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır.
Bu il ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilmişdir. Birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır.
Ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir. Son vaxtlar bir neçə aparıcı ölkənin şəhəri Formula 1 yarışını keçirmək üçün təşkilatçılara müraciət etmişdir və xüsusilə şəhər yarışlarını daha çox xahiş etmişdir. Çünki Bakının timsalında hər kəs görür ki, şəhər yarışı böyük dərəcədə fərqlənir. Bir sözlə, bu kimi idman tədbirləri ölkəmizin imicini böyük dərəcədə ucaldır.
Əlbəttə ki, bu il daha bir önəmli hadisə baş vermişdir. Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilmişdir və bu da çox böyük hadisədir, bizim üçün böyük şərəfdir.
Eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir. Mən əminəm ki, bu şərəfli adı biz ləyaqətlə daşıyacağıq.
Əlbəttə, idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması da qeyd etdiyim kimi, bir ənənəyə çevrilib. Bu, çox gözəl ənənədir, artıq 30 ilə yaxındır ki, davam edir və hər şey ədalətli olmalıdır. Azərbaycanın idman şöhrətini ucaldan insanlar əlbəttə ki, dövlət tərəfindən qiymətləndirilməlidir və onların fəaliyyətinə layiqli münasibət göstərilməlidir.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyi
rus dili müəllimi Məqsədi Qəniyeva

Oxşar xəbərlər